Bağdadda terror hücumunda ölən və yaralananların sayı artıbbackend

Bağdadda terror hücumunda ölən və yaralananların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bağdadın mərkəzində törədilən terror hücumu nəticəsində ölənlərin sayı 28-ə, yaralananların sayı isə 73-ə yüksəlib.

NOCOMMENT ərəb mətbuatına istinadən xəbər verir ki, bazarın yerləşdiyi Ət-Təyəran meydanı yaxınlığında dalbadal iki partlayış baş verib.

Ordu nümayəndəsinə görə, iki terrorçu-kamikadze təhlükəsizlik qüvvələri tərəfindən təqib olunduqları zaman özlərini partladıblar.

Hadisədən sonra Bağdadda ali dövlət idarəetmə qurumlarının, həmçinin əcnəbi səfirliklərin yerləşdiyi “Yaşıl bölgə”yə gedən yollar bağlanıb.