Bağdaddakı partlayış və Netanyahunun hədəfi Baydeni tələyə salmaq üçündür – ZƏRİFbackend

Bağdaddakı partlayış və Netanyahunun hədəfi Baydeni tələyə salmaq üçündür – ZƏRİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, İraqın paytaxtı Bağdaddakı hücumların və İsrail Baş naziri Binyamin Netanyahunun açıqlamalarındakı hədəfin ABŞ-ın yeni prezidenti Jo Baydeni İrana qarşı tələyə salmaq olduğunu iddia etdi.

NOCOMMENT.az xəbər verir ki, Zərif bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Bağdaddakı terror partlayışları və Netanyahunun məqsədi ABŞ prezidentini tələyə salmaq və bununla da amerikalıların canını və malını İranla “üz-üzə” qoymaqdır. Netanyahunun acınacaqlı çarəsizliyinə baxmayaraq, İrana qarşı çirkin planlar iflas edəcək. ” – Zərif qeyd edib.

Qeyd edilir ki, İsrail Baş naziri Binyamin Netanyahu dünən and içən ABŞ Prezidenti Co Baydeni təbrik edərkən İran və Ərəb ölkələri ilə bağlı məsələlərə toxunub.

Netanyahu, “ABŞ-İsrail müttəfiqliyini daha da gücləndirmək, İsrail ilə Ərəb dünyası arasında barışığın genişləndirilməsinə davam etmək və ortaq problemlərlə, xüsusən də İranın yaratdığı təhdidlərlə mübarizə etmək üçün sizinlə çalışmağı səbirsizliklə gözləyirəm” ifadələrindən səsləndirib.

Xatırladaq ki, bu gün Bağdadın mərkəzi At-Tayaran meydanında təşkil edilən terror hücumlarında 32 nəfərin öldüyü və 110 nəfərin yaralandığı açıqlanıb.