Bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənilibbackend

Bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu “AG Bank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə 1-28 iyun tarixlərində 100,4 milyon manat kompensasiya ödəyib.

Fonddan NOCOMMENT-ə verilən məlumata görə, kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” ASC-nin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.