Bağlanmış bankların əmanətçilərinə ödənilən kompensasiya yarım milyard manatı ötübbackend

Bağlanmış bankların əmanətçilərinə ödənilən kompensasiya yarım milyard manatı ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AG Bank” və “NBC Bank” ASC-lərin 23,57 min qorunan əmanətçisinə 551,510 milyon manat kompensasiya ödəyib.

NOCOMMENT xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 9,5 min əmanətçisi 221 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisi 133,8 milyon manat, “AG Bank”ın 4,3 min əmanətçisi 81,5 milyon manat, “NBC Bank”ın isə 4 min əmanətçisi 115,2 milyon manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AG Bank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADİF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.