Bahalaşan və ucuzlaşan tikinti materialları – QİYMƏTLƏRbackend

Bahalaşan və ucuzlaşan tikinti materialları – QİYMƏTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bəzi tikinti materiallarının qiymətində bahalaşma, bəzilərində isə ucuzlaşma müşahidə olunur.

NOCOMMENT.az BAKU.WS-ə istinadən xəbər verir ki, bahalaşma əsasən taxtanın qiymətində özünü göstərir.

Taxtanın Rusiya və Belarusdan idxal olunduğunu nəzərə alsaq artımların gələcəkdə bir qədər də artacağı istisna edilmir. Hazırda Rusiyadan ölkəmizə idxal olunan taxtanın kubu 370, Belrusdan isə gətirilən taxta 320-340 manata satılır.

Qiymətində daha çox ucuzlaşma müşahidə olunan tikinti materialı isə dam örtükləridir. Buna qədər kvadratmetrəsi 8-10 manat olan örtüklər artıq 7 manata satılır.

Tikinti materialları üzrə qiymətlər belə dəyişir:

Kərpic – 15-64 qəpik, daş (növünə görə) – 50 qəpik – 1 manat, qum (növünə görə) – 1 tonu 200-250 manat, sement 5-7 manat.