Bahar Muradova: Azərbaycan əhalisinin 26,2 faizini uşaqlar təşkil edirbackend

Bahar Muradova: Azərbaycan əhalisinin 26,2 faizini uşaqlar təşkil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu Forumlar uşaq hüquqlarının qorunması, onların maraqlarının nəzərə alınması baxımından çox vacibdir”.

NOCOMMENT xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda deyib.

Onun sözlərinə görə, Forumda iştirak edənlər minlərlə uşaq arasından seçilib: “Forumun sonunda qərarlar qəbul ediləcək, Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlanacaq, beynəlxalq təşkilatlara müraciət ediləcək”.

O qeyd edib ki, Azərbaycan əhalisinin 26,2 faizini uşaqlar təşkil edir: “Sonuncu 4-cü Forumda uşaqlar tərəfindən səsləndirilən təkliflər aidiyyatı qurumlar tərəfindən diqqətə alınıb”.

B.Muradova təəssüflə bildirib ki, erkən nikahlar barədə hələ də məlumatlar daxil olur: “Problemlərdən biri uşaqlara qarşı törədilən zorakılıqlardır. Bunların fəsadları ilə mübarizə aparmaq üçün regionlarda xüsusi komitələr fəaliyyət göstərir. Valideyn məsuliyyəti də uşaq hüquqlarının qorunmasında önəmli məsələdir”.