Bakı 5 ermənini İrəvana qaytardı – FOTObackend

Bakı 5 ermənini İrəvana qaytardı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qarabağda diversiya və silahlı təxribat törətməyə cəhd göstərərkən yaxalanmış Ermənistan vətəndaşlarından 5 nəfəri İrəvana təhvil verib.

NOCOMMENT.az Ermənistan mediasına istinadən bildirir ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun müşayiəti ilə həmin şəxslər az öncə İrəvana çatıb.

Ermənilərin olduğu təyyarə İrəvandakı “Erebuni” hava limanında yerə enib.

5 erməninin 4 nəfəri Gümrü, biri isə Alaverdi sakinidir. Onlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən ordu sıralarına çağırılaraq Qarabağa göndərilmişdilər.

Ermənistana təşvil verilmiş ermənilər bunlardır:

1. Artur Aloyan

2. Araik Qalstyan

3. Hovanes İsrailyan

4. Karen Manukyan

5. Erik Xaçatryan
Milli.az