Bakı Ali Neft Məktəbi DAAD-ın qrantını qazanıbbackend

Bakı Ali Neft Məktəbi DAAD-ın qrantını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Neft hasil edən ölkələrdə enerji keçidi” mövzusunda təqdim etdiyi beynəlxalq yay məktəbi layihəsi DAAD Alman Akademik Mübadilə təşkilatı tərəfindən elan olunmuş tenderdə qalib gələrək qrant əldə edib.

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, layihə çərçivəsində Almaniyanın ən nüfuzlu universitetlərindən 15 tələbənin Azərbaycana 2 həftəlik səfəri təşkil olunacaq.

Tələbələr BANM-in professor-müəllim heyəti tərəfindən xüsusi hazırlanmış dərslərdə iştirak edəcək, sahə və şirkətlərlə tanış olacaq, ölkəmizdə bərpaolunan enerji sahəsində görülən işlər barədə məlumat ala biləcəklər. Onlar, həmçinin Azərbaycanın adət-ənənələri, tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Alman tələbələr dilimiz barədə məlumat əldə edəcək, muzeylərə ekskursiyaya aparılacaq, Azərbaycanın rayonlarına səfər edəcəklər.