Bakı Apellyasiya Məhkəmısinin qalmaqallı qərarı: qanun hamıya bərabər xidmət etmədikdə – İDDİAbackend

Bakı Apellyasiya Məhkəmısinin qalmaqallı qərarı: qanun hamıya bərabər xidmət etmədikdə – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəmısinin qalmaqallı qərarı: qanun hamıya bərabər xidmət etmədikdə… 

Bəzən hakimin verdiyi qərarın ədalətliliyi şübhə doğurur. Bu barədə daha ətraflı danışaq ki, özünüz nəticə çıxara biləsiniz.
Sizə “Novatek” MMC və “Azərbaycan Notariat Palatası” arasındakı məhkəmə prosesi haqqında danışacayıq.

NOCOMMENT.az-a daxil olan məlumatda bildirilir ki, “Novatek” MMC, “Bakı Ağ Şəhər Ofis Binası” MMC-dən ofisini kirayə götürdü və onu “Azərbaycan Notariat Palatası”na subkirayə verdi. Pandemiya zamanı “Novatek” MMC “Bakı Ağ Şəhər Ofis Binası” MMC-yə müqavilənin fors-major halların baş verməsi haqqında bəndinə uyğun olaraq pandemiya dövrü üçün icarə haqqının hesablanmasının dayandırılması xahişi ilə müraciət etdi. Xahiş rədd edildi və şirkət ədalətli qərar üçün məhkəməyə müraciət etdi.

Bakı Apellyasiya Məhkəməsi “Novatek” MMC ilə “Bakı Ağ Şəhər Ofis Binası” MMC arasında icarə haqqı ilə bağlı mübahisə üzrə “Bakı Ağ Şəhər Ofis Binası” MMC-nin xeyrinə qərar çıxardı. Qərarda bildirilirdi ki, pandemiyaya baxmayaraq, kirayə haqqı istisnasız olaraq hamı tərəfindən mütləq ödənilməlidir. Xüsusi məhkəmə təcrübəsi yaranıb ki, pandemiya dövrünə baxmayaraq, icarə haqqı istənilən halda ödənilməlidir.

Ali Məhkəmənin qərarı ilə qərar qüvvədə saxlanıldı və hakimlər subkirayəci olan “Azərbaycan Notariat Palatası”ndan icarə haqqı tələb etmək hüququmuzdan istifadə etməyimizi tövsiyə etdilər. Sadə dillə desək, kirayə haqqıni subicarəçidən alıb kirayə verənə ödəmək məsləhətini verdilər.

Məhkəmə qərarını icra etmək üçün biz subicarəçidən ödəniş almaq və kirayə verənə ödəmək niyyəti ilə ona müraciət etdik. Lakin “Azərbaycan Notariat Palatası” pandemiya dövründə kirayə haqqının ümumiyyətlə ödənilməməsi lazım olduğunu hesab etdi.

Bu səbəbdən biz Azərbaycan Notariat Palatası-nı məhkəməyə verdik və müqavilədə göstərilən kirayə haqqının ödənilməsini tələb etdik.

Məlum olduğu kimi, bu xüsusi məhkəmə təcrübəsi hər kəsə şamil edilmir. Bizi ən çox təəccübləndirən və qəzəbləndirən Nəsimi Rayon Məhkəməsi bizim əleyhimizə qərar çıxararaq, “Azərbaycan Notariat Palatası”nın kirayə haqqıni ödəməyə bilər düşündü.

Sual yaranır: əgər məhkəmə pandemiyaya baxmayaraq kirayə haqqının ödənilməli olduğunu qəbul edibsə, niyə eyni prinsip “Azərbaycan Notariat Palatası”na da şamil edilmir? Niyə məhkəmə eyni mübahisədə ikili standartlar tətbiq edir? Məhkəmələrdə ədalət anlayışı subyektlərdən asılı olaraq fərqlənirmi? “Azərbaycan Notariat Palatası” toxunulmaz oldu?

Bu işdə başqa bir sirr də hökmün məntiqidir. Məhkəmə subicaranı icarə haqqını ödəmək öhdəliyindən azad etdi, lakin eyni zamanda kirayəçidən icarə haqqını ödəməyi tələb etdi. Burada belə bir sual yaranır: bir tərəfdən ödənişi digər tərəfdən almadan necə tələb etmək olar? Bu, məntiqsiz olmaqla yanaşı, həm də ədalətsizlikdir.

“Novatek” MMC, ədalətli bir qərar verilənə qədər fəaliyyətini dayandırdı.

Şirkət Bakı Apellyasiya Məhkəməsinin daha ədalətli qərar çıxaracağı ümidi ilə apellyasiya şikayəti verib və aidiyyatı strukturları və ictimaiyyəti işi nəzarətdə saxlamağa çağırır. Belə hallarla bağlı yaranmış məsələlər cəmiyyətin diqqətini, hakimlərin hərəkətlərinə qiymət verilməsini tələb edir.

Ali Məhkəməyə yeni sədrin gəlişi ilə məhkəmə-hüquq sistemində islahatlar daha da nəzərə çarpır və vüsət alır. Əminik ki, zaman keçdikcə məhkəmə sistemində qanunsuz və biabırçı qərarlar verən hakimlər olmayacaq. Lakin belə hallar varsa, cəmiyyət aidiyyatı qurumların diqqətini onlara cəlb etmək üçün onları müəyyənləşdirib ictimailəşdirməyə borcludur.

Qarşı tərəf ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.