Bakı Avtovağzalında vaksinasiya məntəqəsi təşkil olundubackend

Bakı Avtovağzalında vaksinasiya məntəqəsi təşkil olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Beynəlxalq Avtovağzal Kompleksində vaksinasiya məntəqəsi təşkil olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, regionlarda peyvəndin 1-ci dozasını qəbul etmiş sərnişinlər 2-ci dozanın müddəti çatdığı zaman müəyyən səbəblərdən Bakı Avtovağzalında olarsa, buradakı vaksinasiya məntəqəsindən istifadə edə bilərlər.

Məntəqə lazımi şəraitlə təchiz olunub.