Bakı Ayaqqabı Fabrikinin rəhbərliyi dəyişdirilibbackend

Bakı Ayaqqabı Fabrikinin rəhbərliyi dəyişdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Ayaqqabı Fabriki” ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov vəzifəsindən azad edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik onun keçmiş direktoru Həsənəli Şahverdiyevə həvalə olunub.

“Bakı Ayaqqabı Fabriki” 2018-ci ildən fəaliyyət göstərən “ASK Ayaqqabı Fabriki” MMC-nin bazasında yaradılıb və “Azərbaycan Sənaye Korporasiyası” ASC-ə məxsus olub. Şirkəti ötən ilin dekabr ayında “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC özəlləşdirib. Onun nizamnamə kapitalı 7 851 794 manatdır.