Bakı Baş Gömrük İdarəsində özbaşınalıq – Dövlət içində dövlət?!backend

Bakı Baş Gömrük İdarəsində özbaşınalıq – Dövlət içində dövlət?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Baş Gömrük İdarəsində özbaşınalıq, vəzifəsindən sui-istifadə halları və rüşvət baş alıb gedir. Bu fikirləri dövlət qrumundan şikayətçi olan sahibkar Nərmin Muradova bildirib.

NOCOMMENT.az-a Gömrük İdarəsindən şikayətçi “ZAJ CORPORATİON” MMC-nin adına rəsmiləşdirdiyi və rəsmi etibarnaməsi olan Muradova Nərmin Mirzəbala qızı iyulun 27-si tarixində xaricdən gətirdiyi dərman preparatının rəsmiləşdirilməsi ilə əlaqədar sözü gedən quruma müraciət edib.

İdarənin Gömrük Dəyərləndirilməsi və Risklərin İdarəolunması şöbəsinin rəisi Koçeriqin Dmitriy Anatolyeviç gətirilən malın birini 33 manatdan dəyərləndirib.

Nərmin Muradova
Nərmin Muradova

Bununla razılaşmayan mal sahibi eyni adlı dərmanı başqa bir aptekdən daha ucuz, yəni 25.70 manata əldə edərək, təkrar Dmitriy Koçeriqinə müraciət edib. Gətirilən malın İdarənin qərarı ilə ən aşağı qiymətləndirilməsini istəyən sahibkara şöbə müdiri qiymətləndirməni onun aparmadığını deyərək, xanımı başqa bir inspektorun yanına göndərib. Halbuki, İdarədə qiymətlərə nəzarət və təsdiqləmə Dmitriy Koçeriqinin üzərindədir.

İnspektorla razılaşdırılandan sonra iyulun 28-i tarixində Nərmin xanım 41 min ABŞ dolları Gömrük Komitəsinin 46-cı qrafasına pul köçürüb. Pulu keçirməsinə, ƏDV və vergini də ödəməsinə baxmayaraq, Koçeriqin sahibkarın malını qərəzli şəkildə heç bir səbəb olmadan buraxılmasına icazə verməyib. Malın Gömrükdə artıq qalmasına görə xanım sahibkar hər günə görə “Tır” sürücüsünə 100 ABŞ dolları pul ödəyir. Nərmin xanım D.Koçeriqindən malın buraxılmama səbəbini soruşanda, “rəisin tapşırığı var ki, mən o malı buraxmayım” – deyə cavab verib.

Lakin sahibkar iddia edir ki, onun malı qanunsuz saxlanılır, sırf Koçeriqinin şəxsi ədavətinə görə malın buraxılması yubadılır. Rəisin adından istifadə edərək sahibkarı incidir, qanunsuzluğa yol verir. Bir sözlə, Dmitriy Koçeriqin sadə bir şöbə müdiri olsa da, İdarədə dövlət içində dövlət yaradıb.

Sahibkar ümid edir ki, yəqin ki, onun haqq səsini aidiyyəti qurumun rəhbərliyi eşidəcək və lazımi tədbirlər görəcək.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.