Bakı Bəyannaməsi imzalandıbackend

Bakı Bəyannaməsi imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirilib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb.

Bakı Bəyannaməsini Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirləri imzalayıblar.

Xatırladaq ki, ilk üçtərəfli görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank, Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı naziri Kairbek Uskenbayev iştirak edib.