Bakı çimərlikləri açılacaqmı?backend

Bakı çimərlikləri açılacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Epidemioloji vəziyyətdən asılı olaraq sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərin adları siyahıdan çıxarıla və ya qala bilər”.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bu fikirləri səsləndirib.

TƏBİB rəsmisinin sözlərinə görə siyahıya daxil edilməyən ərazilərdə vəziyyət nəzarət altındadır.

“Çimərliklərdən istifadə məsələsinə gəlincə, bu gün Bakı ətrafında olan çimərliklərin əhalinin istifadəsinə veriləcəyi halda, ora insan axınının necə çox olacağını təxmin etmək elə də çətin deyil. Çimərliklərin ərazisində sosial məsafənin saxlanılması qaydalarına hansı formada əməl ediləcəyi sual altındadır. Ona görə də bu gün əsas istəyimiz insanların sıx toplaşmasının qarşısını almaqdır”