Bakı Dövlət Universiteti – CƏRİMƏ EDİLƏ BİLƏRbackend

Bakı Dövlət Universiteti – CƏRİMƏ EDİLƏ BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Dövlət Universiteti” barəsində protokol tərtib edilib.

NOCOMMENT.az FED.az-a istinadən xəbər verir ki, bu protokol Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar – 268.0.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə görə, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə hakim Orxan Məmmədlinin icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 12 fevral 2024-cü il, saat 14:30-a təyin edilib.