Bakı əhalisinin sayı açıqlanıbbackend

Bakı əhalisinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin aprel ayının 1-i tarixinə Bakı şəhərinin əhalisinin sayı 2 294,8 min nəfər təşkil edib.

NOCOMMENT.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, paytaxt əhalisinin sayı son bir ildə 14,1 min nəfər və ya 0,6% artıb. Belə ki, ötən ilin aprelin 1-nə bu göstərici 2 280,7 minə bərabər olub.

Cari ilin aprelin 1-nə Bakı əhalisinin təbii artımı illik ifadədə 1 950-ə çatıb. Belə ki, ölkə paytaxtında doğulanların sayı 5 515 nəfər, ölənlərin sayı isə 3 565 nəfər olub.