Bakı erməni naziri bu yolla işdən qovdura bilərbackend

Bakı erməni naziri bu yolla işdən qovdura bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə – Xankəndiyə səfəri ermənilərin revanşist istəklərinin ifadəsidir. Onun məqsədi erməni tərəfinin guya hələ də Qarabağa nəzarət etdiyini, münaqişənin bitmədiyini dünya ictimaiyyətinə nümayiş etdirmək idi. Bundan əlavə, bu “səfər” Moskvada keçiriləcək üçtərəfli görüşü pozmağa yönəlmişdi.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a açıqlamasında hüquq elmləri doktoru, professor Namiq Əliyev bildirib.

“Əgər baş verənlərə Azərbaycanın ciddi reaksiyası olmasa, Ermənistanın digər rəsmi şəxslərinin, o cümlədən bəlkə də hərbçilərinin səfərləri davam edəcək. Bu, Qarabağda qanunsuz strukturların dəstəklənməsi və onların yenidən canlandırılması cəhdidir. Bu strukturların, o cümlədən Qarabağda qalan terror qruplarının fəallaşacağı gözləniləndir”, – deyə professor qeyd edib.

N.Əliyevin sözlərinə görə, Ayvazyan Azərbaycanın Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət əməli törətdiyinə – qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyinə görə ona qarşı cinayət işi başlanmalı, persona non-qrata elan edilməli və onunla hər hansı bir danışıqların aparılmasından imtina edilməlidir: “Bu vəziyyət onu işindən edəcək, başqalarına isə dərs olacaq”.