Bakı ermənisi: Anam, bacım Bakıda yaşayır… – Videobackend

Bakı ermənisi: Anam, bacım Bakıda yaşayır… – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni bloger Arsen Akopyan Bakıda anadan olan bir erməni ilə azərbaycanlı bloger Kamran Razmovarın dialoqunun görüntülərini paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, söhbət zamanı erməni olduğu deyilən şəxs Bakıda anadan olduğunu və 2001-ci ildə Ukraynanın Xarkov şəhərinə köçdüyünü deyib.

Söhbət zamanı erməninin Azərbaycan dilini yüksək səviyyədə bildiyi də üzə çıxır. O, K.Razmovarın 2001-ci ilə qədər Azərbaycanda yaşaması ilə bağlı təəccübünə rəğmən, hətta hazırda bacısı və anasının Bakıda yaşadığını bildirib.

K.Razmovarın “test üçün” səsləndirdiyi şüara isə erməni belə cavab verib: “Qarabağ əlbəttə Azərbaycandır!”

Söhbətin videosunu təqdim edirik:

Axar.az