“Bakı ilə İrəvan arasında qarşıdurmaya son qoyulsa, Qərbin…” – ŞƏRHbackend

“Bakı ilə İrəvan arasında qarşıdurmaya son qoyulsa, Qərbin…” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Qərbin əlindən alınması bölgədə sülh və sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyətlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bu, ABŞ, Fransa kimi dövlətlərin rəsmi İrəvana təsir imkanlarını xeyli azaldacaq:

“Beləliklə, onların regiona daxil olmasının qarşısı alınacaq. Bu isə perspektivdə regional əməkdaşlıq mühitinə şərait yaradacaq.  İndi Ermənistan hakimiyyətindən ən çox tələb olunan siyasi iradədir. Əgər rəsmi İrəvan Bakı ilə normallaşma və regional əməkdaşlıq məsələləri ilə bağlı siyasi iradə ortaya qoya bilsə, onda həm də Qərbin təsirindən çıxmağı bacaracaq. Bu baxımdan Azərbaycan da Ermənistana kömək etməlidir”.

Ekspert bildirdi ki, perspektivdə Azərbaycan və Türkiyənin Ermənistana təhlükəsizlik təminatı verməsi mümkündür:

 

“Qərb dövlətləri bu gün regiona müdaxilə üçün Ermənistandan və mövcud gərginlikdən istifadə edirlər. Əgər Bakı ilə İrəvan arasında qarşıdurmaya son qoyulsa, onda Qərbin “kartı” əlindən alınacaq. Fikrimcə, regional əməkdaşlıq mühitinin təmin olunması, həmçinin yekun sülh sazişinin imzalanması üçün İrəvanın Qərbin əlindən alınmasına ehtiyac var”.