Bakı ilə sülh sazişi mətni üzərində işləyirik – Xandanyanbackend

Bakı ilə sülh sazişi mətni üzərində işləyirik – Xandanyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sərkis Xandanyan deyib.

O aydınlaşdırıb ki, hər iki tərəf tədricən bir-birinə sülh sazişinin mətni ilə bağlı təkliflər verir:

“Bu yaxınlarda Azərbaycan Ermənistana öz təkliflərini verib. Ermənistan bu təkliflər üzərində işləyir və onlar hazır olduqdan sonra bizim təkliflərimiz Azərbaycana göndəriləcək”.

Qeyd edək ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan fevralın 8-də İrəvanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldığını bildirmişdi.