Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinirbackend

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ermənilər ildönümünü qeyd etdikləri qondarma “soyqırımı” yox, Qazaxın işğal altında qalan 7 kəndindən dördünün azad edilməsini müzakirə edir. Və bu, son 4 ildə Ermənistanın simvolik günlərində Azərbaycanın qələbəsi ilə üzləşdiyi növbəti hadisədir.

– Kəlbəcərin azad edildiyi 25 noybrda ermənilər qəhrəman hesab etdikləri terrorçu Monte Melkonyanın doğum gününü qeyd edirlər;

– 12 may təqvimini ermənilər I Qarabağ müharibəsində Azərbayanın “məğlubiyyət günü” (1994-cü ilin 12 mayında Bişkek protokolu imzalanıb) kimi qəbul edir: 2021-ci ilin 12 mayında Azərbaycan Ordusu Qaragölün bir hissəsini nəzarətə götürdü;

– 2023-cü il 20 sentyabr əməliyyatı ilə Qarabağda erməni separatizmi ləğv olundu, bir gün sonra – 21 sentyabrda ermənilər bölgədən çıxmağa başladı: 21 sentyabr Ermənistanın müstəqillik günüdür;

– 24 aprel qondarma “erməni soyqırımı”nın ildönümündə Qazaxın kəndləri Azərbaycana təhvil verilir.

Baş verənlər Ermənistanın qondarma tarixinin dəyişdirilməsi, ermənilərin reallığa qayıtması baxımından da əhəmiyyətlidir. Azərbaycan bu addımları ilə təkcə tarixi ədaləti bərpa etmir, həm də erməniləri ağıllandırır.