Bakı karantini jurnalistin obyektivində – FOTO Reportajbackend

Bakı karantini jurnalistin obyektivində – FOTO Reportaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Radio Antenn 101 FM-in aparıcısı, jurnalist Əzizə İsmayılova bu günlərdə koronovirus pandemiyası ilə əlaqədar ölkə ərazisində, xüsusən paytaxtda elan edilən karantin şəraiti ilə yaxından tanış olmaq məqsədilə Bakı küçələrindən maraqlı foto reportaj hazırlayıb.

NOCOMMENT.az jurnalistin bununla bağlı facebook sosial şəbəkəsində şəxsi profilində etdiyi paylaşımları təqdim edir. Şəkillərdən də görünür ki, polis paytaxt küçələrini ciddi nəzarətdə saxlayaraq insanları kütləvi toplaşdıqları məkanlara daxil olmasına məhdudiyyət qoyur.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

Bakı küçələri karantində - jurnalistin gözü ilə
Bakı küçələri karantində – jurnalistin gözü ilə

Bakı karantində
Bakı karantində – Jurnalist Əzizə İsmayılovanın gözü ilə