Bakı Konqres Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırdıbackend

Bakı Konqres Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Bakı Konqres Mərkəzindən NOCOMMENT.az-a bildirilib ki, mərkəz də Prezidentin çağırışını qəbul edərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 AZN dəyərində ianə ayırıb.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində mart və aprel aylarında nəzərdə tutulan tədbirlər artıq təxirə salınmışdır. İnanırıq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət edərək bu çətinliyin öhdəsindən gələcəyik.