“Bakı Kristal Zalı” ötən il 2 milyon manatdan çox zərər edibbackend

“Bakı Kristal Zalı” ötən il 2 milyon manatdan çox zərər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Kristal Zalı” MMC 2024-cü ili 2,405 milyon manat zərərlə başa vurub. Halbuki, Zal 2023-cü ildən 5 min manat xalis mənfəətlə çıxmışdı.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 2,697 milyon manat (əvvəlki ilə nisbətən 23,4% az), xərcləri isə 5,102 milyon manat (45,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 192,273 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 21,8 % artaraq 693 min manata çatıb, balans kapitalı isə dəyişməyərək 191,58 milyon manat qalıb.

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 191,567 milyon manatdır.