Bakı küçələrində xüsusən axşam saatlarında maşınlar arasında dolaşan uşaqlar peyda olur.
NOCOMMENT.az xəbər verir ki, məktəbli yaşında olan bu uşaqlar maşınların sıx olduğu saatlarda özlərini yollara ataraq təhlükəli vəziyyət yaradırlar. Azyaşlılar pul ala bilmək üçün hətta avtomobilin şüşələrindən də sallanırlar.
BakuTV-nin əməkdaşı ilə danışan 10 yaşlı qız saat 18:00-dan 22:00-a qədər “iş saatları”nın olduğunu və 4 saat ərzində 35 manat topladığını deyib.
Ətraflı videoda: