“Bakı Metropoliteni” 4000 manat cərimələnə bilərbackend

“Bakı Metropoliteni” 4000 manat cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) idarəçilik qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci (Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsi) maddəsi ilə inzibati iş başlanıb.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.

538.1-ci maddəyə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.