Bakı Metropoliteni işə qəbul elan edibbackend

Bakı Metropoliteni işə qəbul elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC “Sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edib.

NOCOMMENT.az quruma istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər ali və yaxud texniki peşə təhsilli, 30 yaşa qədər, kişilər hərbi xidmət keçmiş olmalıdır.

Seçim məntiq testi və müsahibə keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 ay müddətinə xüsusi hazırlıq kursuna buraxılacaqlar.

Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar.

Yüksək bal toplayanlar sərnişin platforması üzrə növbətçi (HSPN) vəzifəsinə qəbul ediləcəklər.

İddiaçılar “Bakı Metropoliteni”nin rəsmi veb-səhifəsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron ərizələr yalnız yanvar ayının 25-nə qədər qəbul edilir.