“Bakı Metropoliteni” parket satan şirkətdən monitor alırbackend

“Bakı Metropoliteni” parket satan şirkətdən monitor alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Texnoloji Korpusunun 3-cü mərtəbəsində yerləşən akt zalında yeni monitorların quraşdırılması işlərinin satın alınması ilə bağlı kotirovka sorğusuna yekun vurulub.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki,sorğunun qalibi “Parketaz” MMC seçilib. Monitorların quraşdırılması QSC-yə 41 482,9 AZN-ə başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Parketaz” MMC 23 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 117-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlham Əkbər oğludur.

“Parketaz” MMC haqqında açıq mənbələrdə məlumat məhduddur. İlham Zeynalov barəsində isə ümumiyyətlə heç bir məlumat yoxdur.

Şirkətin adından da görünür ki, MMC döşəmə örtükləri üzrə ixtisaslaşıb. Smartjob.az saytında şirkət haqqında bunlar qeyd edilib:

“10 ildən artıq fəaliyyət göstərən “Parketaz” şirkəti bu gün Azərbaycanın döşəmə örtükləri bazarında lider mövqelərini tutan və daim inkişafda olan bir şirkətdir. Şirkətimizdə dünyanın aparıcı döşəmə örtükləri istehsalçılarının keyfiyyətli məhsulları, o cümlədən döşəmələrin yığılması üçün vacib olan müxtəlif ləvazimatlar və döşəmələrə qulluq vasitələri geniş təqdim olunub”.

Bu halda “Bakı Metropoliteni” QSC-nin monitor quraşdırmaq üçün parket şirkətini niyə seçdiyi barədə sualın cavabı açıq qalır.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.

Zaur Hüseynov metropolitenə rəhbərlik etməyə başlayandan qurumun keçirdiyi şübhəli tenderlərin sayı artıb. Həmin tenderlər barəsində mediada yayımlanan materialların sayı kifayət qədərdir.