Bakı metrosu fəaliyyətini bərpa edir? – AÇIQLAMAbackend

Bakı metrosu fəaliyyətini bərpa edir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz faktiki olaraq, sərt karantindən çıxmışıq. Metrodan və toylardan başqa, demək olar bütün sahələrdə fəaliyyət qismən də olsa, bərpa edilib. Məncə yavaş-yavaş metronun açılması istiqamətində düşünmək və buna hazırlıq görmək lazımdır. Çünki insanlar tıxaclarda əziyyət çəkirlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədri vaksinasiyadan bir müddət sonra da maska taxmağın vacibliyini vurğulayıb.

M.Quliyev həmçinin vaksinasiya prosesinin sürətləndirilməsinə diqqət çəkib:

“Tam olaraq normal həyata qayıtmaq üçün peyvənd vurdurmalıyıq. Hələlik 65 yaşdan yuxarı deputatlar peyvənd olunur. Yəqin ki, bu həftə ərzində bizə də növbə çatacaq. Hər bir vətəndaşı vaksinasiya prosesində aktiv iştiraka dəvət edirəm. Bu, hamımızın sağlamlığımız üçündür”.
Modern.az