KoronaVirus İnformasiya Portalı
Bakı metrosu fəaliyyətini bərpa edir – Tarix açıqlandıbackend

Bakı metrosu fəaliyyətini bərpa edir – Tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə taksi xidmətlərinin vahid tarifə keçirilməsi məsələsi müzakirə edilir. Müzakirələr zamanı ekspertlər ölkədə ictimai nəqliyyatda gediş haqqının 50 qəpiyə qədər qaldırılacağına dair proqnozlar səsləndirirlər.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu mövzunun gündəmdə olmadığını deyib: “Bu gün əsas diqqət metronun fəaliyyətinin bərpa edilməsinə yönəlib. Hər kəs kimi biz də qərargahın bu istiqamətdə qəbul edəcəyi qərarları gözləyirik. Amma ictimai nəqliyyatda gediş haqqının qaldırılması məsələlərinə Tarif Şurası baxır. Qurum tərəfindən qiymət artımı haqqında isə heç bir təklif irəli sürülməyib. Ümumiyyətlə qiymət artımı ilə bağlı məsələ gündəmdə deyil”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi sonuncu brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 15-dək metronun fəaliyyətinin bərpası ilə bağlı müvafiq qərarın veriləcəyini bildirib.

Eyni zamanda onu da qeyd edək ki, Bakı metrosu sentyabrın 13-də fəaliyyətə başlayacaq.