Bakı metropoliteni yeni aldığı daha 4 qatarın 2-si xəttə buraxacaq.
Bu barədə NOCOMMENT.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid yeni alınan 10 vaqondan ibarət qatar artıq sınaq yoxlanışından keçirilib: “Sınaqdan keçirilən həmin qatarlar artıq xəttə buraxımlaq üçün yoxlanılıb. Bu gün həmin qatarlar sərnişinlərin istifadəsinə veriləcək.
B. Məmmədov qeyd edib ki, hazırda yeni alınan digər 2 qatar tərkibində sınaq işləri aparılır. Yaxın vaxtlarda həmin 2 qatar tərkibi də xəttə buraxılacaq: “Yeni qatarlar istismar müddətini başa vuran köhnə qatar tərkibini əvəz edəcək.
Bu gün artıq istismar müddətini başa vurmuş 2 qatar xətdən çıxarılacaq və 2 yeni qatar sərnişinlərin istifadəsinə veriləcək”.