Bakı metrosunda gediş haqqı nə qədər olacaq? – RƏSMİ AÇIQLAMAbackend

Bakı metrosunda gediş haqqı nə qədər olacaq? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, iqtisadçı Qubad İbadoğlu feysbuk səhifəsində Azərbaycanda ictimai nəqliyyatda bahalaşma gözlənildiyi ilə bağlı fikirlər səsləndirib. O, gediş haqqının 50 qəpik olacağı ilə bağlı iddia irəli sürüb. Bu qiymət artımı metroda da olacaqmı?

NOCOMMENT xəbər verir ki, bununla bağlı konkret.az-ın sualını cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metro mayın 9-da açılmamışdan qabaq belə bir status var idi: “Mən belə bir statusun paylaşılmasının məntiqini də başa düşmədim.

Çünki o vaxtdan bu yana bir dəfə də olsun qiymətlə bağlı müzakirəmiz olmayıb. Gün ərzində bizim 3-4 dəfə iclasımız olur, amma bir dəfə də olsa, qiymətlə bağlı məsələ müzakirə edilməyib. Hər halda, günorta baş tutacaq iclasda bununla bağlı sualımı rəhbərliyə verəcəm. Bu, əsassız məsələdir. Metroda gediş haqqının qaldırılması məsələsi tərəfimizdən müzakirə olunmayıb”.