Bakı metrosunda HƏYƏCAN: Nə baş verib?backend

Bakı metrosunda HƏYƏCAN: Nə baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunun “28 May” stansiyasında problem yaşanıb. 

NOCOMMENT.az-ın məlumatına görə, qatarların hərəkətində ləngimələr baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov mətbuata açıqlamasında bildirib ki, ilkin məlumata görə, “28 May” stansiyasının girişində tüstülənmə olub:

“Stansiyanın giriş sahəsində tüstülənmə ehtimalı ilə yüksək gərginlik çıxarılıb. Bu səbəbdən metronun “Həzi Aslanov” – “28 May” istiqamətində hərəkət edən qatarlarda müəyyən ləngimələr baş verib”.

O qeyd edib ki, metroya bomba qoyulması ilə bağlı yayılan iddialar əsassızdır.