Bakı metrosunda nasazlıq – Sərnişinlər düşürüldübackend

Bakı metrosunda nasazlıq – Sərnişinlər düşürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metropoliteninin “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar “Nərimanov” elektrik deposuna göndərilib.

NOCOMMENT.az xəbər verir ki, Bakı metropolitenindən Bakupost.az -a verilən məlumata görə, bu, “Nizami-Dərnəgül” sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub.

“Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb”, – məlumatda qeyd edilib.