Bakı metrosunda ÖLÜMbackend

Bakı metrosunda ÖLÜM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında “Bakı Metropoliteni” QSC-də ölüm hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum rəsmisi deyib ki, saat 08:10-da yaşlı bir kişi qatarda özünü pis edib və sərnişin “28 May” stansiyasında platformaya düşürülüb.

Onun sözlərinə görə həmin vaxt sərnişin özündə olmayıb. Dərhal təcili tibbi yardım çağırılıb. Təcili yardım ölüm faktını təsdiqləyib.