Bakı metrosunda panika: Qışqırıq ətrafı bürüdübackend

Bakı metrosunda PANİKA: Qışqırıq ətrafı bürüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Koroğlu metrostansiyasında insan sıxlığı qatarın hərəkətinə mane olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə yerində olan Teleqraf.com-un əməkdaşının məlumatına görə, qatar hərəkət etmək istəyən zaman sıxlıq səbəbilə sərnişinlərə xəbərdarlıq edilib.

Qatar hərəkət edən zaman isə sərnişinlərin qışqırığı platformaya yayılıb və ehtimal olunur ki, qapılar arasında qalıb xəsarət alanlar var.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, narahatlığa əsas yoxdur:
“Sadəcə hər zaman olduğu kimi Koroğlu metrostansiyasında həddindən artıq sıxlıq müşahidə olunur. Qatarların gecikməməsi üçün işçilər mümkün olduğu qədər çalışırlar”.