Bakı metrosunda qatarlar gecikirbackend

Bakı metrosundaqatarlar gecikir: tuneldə dayanma, 6 dəqiqə stansiyada gözləmə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarından metro qatarlarının hərəkətində ləngimələr olub.

NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayətlər yazılıb.

Sərnişinlərdən biri qeyd edib ki, bu gün səhərdən qatarlar bütün stansiyalarda normadan artıq dayanıb.

“Hətta stansiyalararası tunellərdə də dayanmışıq”, – deyə sərnişin yazıb.

Digər sərnişin isə yazıb: “Qatar niyə tərpənmədən, qapıları bağlamadan altı dəqiqə, düz altı dəqiqə stansiyada dayanmalıdır?”

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu verilib. Hələlik qatarların ləngimə səbəbi məlum deyil.