Bakı metrosunda qatarlar radiodalğalarla idarə ediləcəkbackend

Bakı metrosunda qatarlar radiodalğalarla idarə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı metropoliteni” QSC yeni növ sayğacların – “ox sayğacları”nın istifadəsinə başlayır”.

NOCOMMENT xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Bildiyiniz kimi pandemiya səbəbindən metro bir müddət sərnişinlərinə xidmət göstərmədi. Həmin dövrdə “ox sayğacları” ilə bağlı işlər sürətləndirildi. Belə ki, bu sayğacların tətbiqi imkanları artıq öyrənilir. “Nəriman Nərimanov” elektrik deposunda bu işlər demək olar ki, yekunlaşdırılıb və yaxın zamanlarda onun təqdimatı keçiriləcək. “Ox sayğacları” bazasında yeni sistemlərin qurulması o deməkdir ki, ilk növbədə çoxsaylı mühəndis texniki qurğularının, elektromexaniki avadanlıqların sayı azalır. Digər vacib məsələ odur ki, yeni qatarlarımızın radiodalğalarla idarə olunması (Communications-based train control – CBTC) sistemi həyata keçiriləcək.

Hazırda depoda həyata keçirilən işlər həmin prosesə keçidin birinci mərhələsidir. Mövcud xətlərimizdə birdən-birə yeni sistemlərə keçmək qeyri-mümkündür. Bunun üçün bütün hərəkət dayandırılmalıdır. “Nəriman Nərimanov” elektrik deposunda işlər yekunlaşdıqdan sonra artıq xətlərimizdə davam etdiriləcək”, – deyə o bildirib.