Bakı metrosunun ali təhsil müəssisələri ilə eyni vaxtda açılması gözlənirbackend

Bakı metrosunun ali təhsil müəssisələri ilə eyni vaxtda açılması gözlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hökumətində orta ümumtəhsil müəssisələri ilə yanaşı ali təhsil müəssisələrinin də açılması ilə bağlı müzakirələr gedir.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, universitet və institutlar fevralın 15-dən açıla bilər.

Bununla belə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq sözügedən məsələnin martın 1-nə qədər uzanacağı istisna deyil.

Həmçinin ötən il oktyabrın 19-dan bağlı olan Bakı metrosunun da ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, təmsil etdiyi quruma metronun açılması ilə bağlı hər hansı rəsmi qərar daxil olmayıb.

Xatırladaq ki, Azərbaycanın orta məktəblərində tədris prosesinin fevralın 1-dən bərpa olunması gözlənilir.