Bakı metrosunun iki stansiyasına rəis təyin edilibbackend

Bakı metrosunun iki stansiyasına rəis təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” və “Xalqlar dostluğu” stansiyalarına rəislər təyin olub.

NOCOMMENT “Report”un məlumatına əsasən bildirir ki, bununla bağlı qurumun sədri Zaur Hüseynov müvafiq əmrlər imzalayıb.

Z.Hüseynovun əmri ilə “Cəfər Cabbarlı” stansiyasının rəisi Yusif Kərimov vəzifəsindən azad edilərək qurumun Hərəkət Xidmətində başqa vəzifəyə təyin olunub.

Onun yerinə isə bu vaxta qədər “28 May” stansiyasında rəis müavini olan Nəsiman Səttarov təyin olunub.

Bundan əlavə metronun “Xalqlar dostluğu” stansiyasının vakant olan rəisi vəzifəsinə “8 Noyabr” stansiyasının rəis müavini Kamal Talıbzadə təyin edilib.