Bakı milyonçusunun tarixi evi satışa çıxarıldı – Dodaquçuqladan QİYMƏT – FOTObackend

Bakı milyonçusunun tarixi evi satışa çıxarıldı – Dodaquçuqladan QİYMƏT – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 1 milyon 200 min manata mənzil satışa çıxarılıb.

NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, mənzil Şəmsi Əsədullayevin evi – Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşir.Üç mərtəbəli saray tipli yaşayış binasında yerləşən mənzil 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilib.

Qoqol 9 küçəsində, Gimnaziçeskaya, 183 və Karantinnaya, 84 ünvanlarının tinində ucaldılmış bina milyonçu Şəmsi Əsədullayevə məxsus saray üslubundadır. Bina üç küçəyə üz tutub və öz monumental fasadları ilə diqqət çəkir.

Mənzilin 2 böyük eyvanı var, sahəsi 200 kv m-dir. Otaqların tavanında olan işləmələr tarixə əsaslanır, hər biri orijinaldır. Sözügedən 4 otaqlı mənzilin 2 sanitar qovşağı var və 2 mənzilin birləşməsidir.