Bakı-Moskva danışıqları keçiriləcəkbackend

Bakı-Moskva danışıqları keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, APA-nın Moskva müxbiri məlumat verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov “İzvestiya”ya müsaibəsində bildirib.

Səfir bu mövzunun çox önəmli olduğunu söyləyib:

“Antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul həyata keçirir, binaları və mədəni obyektləri qoruyur”.

Yevdakimov danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılırdığını söyləyib.

Rusiyalı diplomat Azərbaycanın Qarabağ regionunda sülhməramlı kontingentin qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.