Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDIbackend

Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

AZAL-dan NOCOMMENT.az-a verilən məlumata görə, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.