Bakı Nəqliyyat Agentliyindən taksilərlə bağlı vahid qiymət AÇIQLAMASIbackend

Bakı Nəqliyyat Agentliyindən taksilərlə bağlı vahid qiymət AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən taksilərdə vahid qiymət müəyyən edilməlidir. Yeni konsepsiya da bu öz əksini tapıb.

NOCOMMENT-in axsam.az-a istinadən məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev bildirib.

BNA rəsmisi qeyd edib ki, yeni konsepsiyaya əsasən, taksilərdə pərakəndə qiymətin olmaması müzakirə edilir: “Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində deyil.

Bəzi sosial şəbəkə istifadəçiləri Agentliyin təqdim ediyi konsepsiyanı düzgün təqdim etmir. Qurum yalnız taksilərin fəaliyyətinə nəzarət edəcək. Taksilərdə kilometrə görə qiyməti aidiyyəti dövlət qurumu həyata keçirməlidir. Həmin qurumlar kilometrə görə qiymət müəyyən edəcək və bütün taksilər eyni qiymətlə fəaliyyət göstərəcək. Bəzi xarici şirkətlər Bakıda qeydiyyatdan keçmədən taksi fəaliyyəti ilə məşğul olur və digər taksilərdən ucuz qiymət tətbiq edir. Bu da digər taksi şirkətlərinin işinə maneə törədir. Bu, əslində rəqabət deyil, digər sahibkarın hüququnu pozmaqdır. Bütün bu məsələlər tənzimlənməli və vahid qiymət müəyyən edilməlidir. Əgər belə olarsa, taksi şirkətləri də normal fəaliyyət göstərə biləcəklər”.

BNA-nın mətbuat katibi Mais Ağayev əlavə edib ki, konsepsiyadakı məsələlər hələ təklif mərhələsindədir. Hazırda ictimaiyyətin müzakirəsinə verilib. Qərar verilən zaman mütləq şəkildə vətəndaşların istək və rəyləri nəzərə alınacaq.