Bakı nota verəndən sonra TIR-lara İran bayrağı asdılar…backend

Bakı nota verəndən sonra TIR-lara İran bayrağı asdılar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Azərbaycandan Naxçıvana hərbi təchizat təyyarələrinin uçuşuna qadağa qoyması biabırçı qərardır. İran tərəfi Naxçıvanın hərbi təchizatını pozmaq istəyir.

Biz Gürcüstan üzərindən Türkiyəyə, ordan da Naxçıvana, yaxud da Ermənistan üzərindən də uçuşa icazə ala bilərik. Uçuşlara nəzarət edən beynəlxalq komitə var. Həmin komitə ilə danışıqlar aparıb uçuşun yeni marşrutunu müəyyənləşdirərik. Məsələ onda deyil. Məsələ ondadır ki, bu addım İran tərəfindən Azərbaycana edilən ən alçaq addımlardan biridir.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, İran Azərbaycanın istiqlaliyyət qazanmasını da həzm edə bilmirdi və bu istiqlalı boğmaq üçün əlindən gələni edirdi: “Bu məqsədlə ölkəmizə beşinci kolonu, casuslarını yerləşdirmişdi. Bəzən də etnik azlıqların ayağa qaldırılması ilə məşğul idi. Vaxtilə “talış-muğan respublikası”nın yaradılmasına cəhddə İran casusları az rol oynamamışdı. Azərbaycan İranın qurduğu bütün pozucu hərəkətlərinin qarşısını alıb müstəqilliyini möhkəmləndirdi. Həm də ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızı azad etdik. İndi də məlum oldu ki, İran bölgədə supergücə çevrilən Azərbaycanı yenə də həzm edə bilmir. İran Qarabağın işğalı dövründə ermənilərə hər cür yardım göstərib. Müharibə zamanı da İranın Ermənistana müxtəlif təyinatlı, hətta hərbi yüklərin göndərilməsi artdı. Azərbaycan bununla bağlı diplomatik kanallarla xəbərdarlıq etdi.

Amma İran bu xəbərdarlığa lazımi reaksiyanı vermədi. Ermənistana və Xankəndiyə yük daşıyan İran maşınları əvvəllər dövlət seriya nişanlarını dəyişdirib gedirdilərsə, Azərbaycanın notasından sonra dövlət seriya nişanlarını da dəyişdirmir, üstəlik İran bayraqlarını kabinələrinə taxaraq, həmin ərazilərə gedirdilər.

Bu, açıq-aşkar Azərbaycana güc nümayişi idi. İndi də ölkəmizə qarşı ideoloji müharibəyə başlayıb. Başda İranın ali dini lideri, milliyətcə azərbaycanlı olan Xamenei olmaqla, İranın təcrübəsiz XİN rəhbəri Azərbaycana qarşı müxtəlif təhdid və hədələr səsləndirirlər. Ortam çox gərgindir. Azərbaycan Prezidenti Cəbrayıl rayonunda çıxışı zamanı İranın hədələrinə çox təmkinli formada cavab verdi.

Bu cavabdan sonra İran yenə bədxah addım atdı və Azərbaycandan Naxçıvana hərbi təchizat təyyarələrinin uçuşuna qadağa qoydu. Amma bu, problem deyil, biz onun yolunu tapacağıq. Bakı-Tiflis-Qars dəmir yolundan bir xətt ayrılaraq Naxçıvana çəkilir. Bu xətt yaxın zamanlarda çəkilib başa çatacaq. İran Gülüstan və Türkmənçay müqaviləsindən sonra bizə edə biləcəyi ən böyük pisliyi edir. Cənubdakı soydaşlarımız da bütün prosesləri görür”.