Bakı-Pirşağı-Sumqayıt qatarı elektrik kəsintisinə görə yolda qalıbbackend

Bakı-Pirşağı-Sumqayıt qatarı elektrik kəsintisinə görə yolda qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı “Report”a təsdiq edib.

Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.