Bakı Qarabağ Telekom-un işini niyə iflic etmir?backend

Bakı Qarabağ Telekom-un işini niyə iflic etmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ Telekom” ermənilər tərəfindən 20 ildən çoxdur ki, qeyri-qanuni olaraq Qarabağda fəaliyyət göstərir. Hökumət qurumları, xüsusən də Baş Prokurorluq buna ciddi diqqət yetirməlidir.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a Qarabağda “Qarabağ Telekom”un qanunsuz fəaliyyəti ilə bağlı danışan ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, “Qarabağ Telekom” müharibədən sonra yenidən fəaliyyətini bərpa edib: “Müharibədən sonra separatçı tör-töküntüsünün rəhbəri Araik Arutunyan “Qarabağ Telekom”un rəhbərliyini qovub, şirkəti özü ələ keçirdi. Müharibə vaxtı ermənilər adıçəkilən operatordan hərbi məqsədlər üçün istifadə edirdilər. Hazırda dəqiq bilirəm ki, o şirkət Araikə məxsusdur. O da Azərbaycan ərazisində rahat şəkildə, qanunsuz olaraq, qeydiyyatdan keçmədən biznes qurub, pulunu qazanır. Araşdırılmalıdır ki, bunlar beynəlxalq qurumlardan kodları necə ala biliblər? Nəyin əsasında fəaliyyət göstərirlər? Ermənistan bu qeyri-qanuni qurumla rouminq əlaqəsini necə qurub? Bunlar ciddi və beynəlxalq müstəviyə çıxarılası məsələlərdir.

Müharibəyə qədər Ermənistan öz vətəndaşlarının Qarabağda komfortlu fəaliyyətini təmin etmək üçün rouminqi sıfırlamışdılar. Ermənilər Qarabağa gələndə öz operatorları kimi “Qarabağ Telekom”dan istifadə edirdilər.

Amma indi ermənilər üçün daha diskomfort bir şərait yaranıb. Onlar əvvəlki kimi sıfır xidmətlə danışa bilməyəcəklər.

Hesab edirəm ki, bizim Rəqəmsal İnkişaf Agentliyi, Baş Prokurorluq onların bu trafiki haradan aldıqlarını araşdırmalıdırlar. Bizim hökumətin əlində imkanlar var ki, mobil operatorların işini əngəlləsin. Həm texnoloji imkanlardan, həm də beynəlxalq mexanizmlərdən istifadə edərək “Qarabağ Telekom” beynəlxalq müstəvidə mühakimə olunmalıdır. Bu 20 il müddəti ilə bağlı onlar bizə kompensasiya ödəməlidirlər”.