Bakı-Qazax yolunda daha bir qəza, 2 polis xəsarət aldıbackend

Bakı-Qazax yolunda daha bir qəza, 2 polis xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda daha bir zəncirvari yol qəzası baş verib.

NOCOMMENT xəbər verir ki, hadisə yolun rayonun Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “DAF” markalı yük avtomobili “QAZ 31” markalı avtomobilinə çırpılıb. Nəticədə yolun hərəkət hissəsi bağlanıb.

Bu zaman hərəkətdə olan Dövlət Yol Polis xidmətinin avtomobili yük avtomobilinə çırpılıb.

Nəticədə DYP maşınında olan 2 nəfər polis əməkdaşı – 32 yaşlı Quliyev Elnar Zakir oğlu və 31 yaşlı Əliyev Fariz Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Kürdəmir Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onları ambulator müalicəyə buraxıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl yolların buz bağlaması səbəbindən baş verən daha bir zəncirvari qəza bu gün səhər saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.