Bakı-Quba avtomagistralının 31-ci kilometrliyində baş vermiş ağır qəzanın təfərrüatları məlum olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə baş verdiyi zaman yük avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub.
Quba istiqamətində hərəkət edən “Mercedes” markalı sərnişin avtomobili idarəetməni itirərək yük avtomobilinə çırpılıb.
Qeyd edək ki, hadisə baş verən zaman yük avtomobilinin sürücüsü maşının arxa hissəsində olub. Bu zaman Quba istiqamətində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili əvvəlcə yük maşınının sürücüsünü vurub, daha sonra isə özü də yük maşınına çırpılıb.
Hadisə nəticəsində yük maşınının sürücüsü ağır xəsarətlər alıb. “Mercedes” markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, həmin avtomobildə sərnişin qismində olan şəxs hadisə yerində həyatını itirib.
***
21:34
Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Quba yolunda “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .
İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.