Bakı-Quba yolu BAĞLANACAQbackend

Bakı-Quba yolu BAĞLANACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi M1 avtomobil yolunun 21-ci km-lik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 2 yanvar 2023-cü il gecə saat 01:00-dan 05:00-dək (4 saat) hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ olaraq Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur olunur”, – deyə AAYDA-dan bildirilib.